İranın XİN başçısı ölkəsinin nüvə silahını qəbuledilməz saydığını açıqlayıb

2025/02/1738743904.jpg
Oxunub: 478     10:41     31 May 2025    
“Rəsmi Tehran nüvə silahını qəbuledilməz sayır”.

Ordu.az “Al-Arabiya - English” portalına istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi deyib.

Bununla da o ölkəsinin ABŞ-la danışıqlardakı mövqeyini təkrarlayıb:

“Problem nüvə silahındadırsa, bəli, biz də bu növ silahını qəbulolunmaz hesab edirik. Bu məsələdə rəsmi Vaşinqtonun mövqeyi ilə razıyıq”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Nüvə  


Bizi "telegram"da izləyin