“Korkut” Çexiyada “Tatra” şassisi üzərində görüntülənib

2025/05/1748673650.jpg
Oxunub: 799     15:55     31 May 2025    
Türkiyə müdafiə sənayesinin mühüm hava hücumundan müdafiə platformalarından biri olan “Korkut” Özüyeriyən Hava Hücumundan Müdafiə Sistemi Çexiyanın Brno şəhərində keçirilən IDET 2025 Beynəlxalq Müdafiə və Təhlükəsizlik Texnologiyaları Sərgisində “Excalibur International” stendində nümayiş etdirilib.

Ordu.az xəbər verir ki, sərgidə diqqəti çəkən element 3-cü nəsil “Tatra Force” 6x6 şassisinə inteqrasiya olunmuş sistemin yeni variantının təqdim edilməsi olub.

“Korkut” sistemi 35 mm-lik qoşa lüləli top sistemi ilə döyüş təyyarələri, helikopterlər, pilotsuz uçuş aparatları və qanadlı raketlər kimi geniş spektrli hava təhdidlərinə qarşı effektiv müdafiəni təmin etmək üçün nəzərdə tutulub.

Sistem həm müstəqil, həm də daha böyük hava hücumundan müdafiə bölməsinə inteqrasiya oluna bilər.

“Tatra Force” şassisi üzərində qurulan platforma ballistik və minalardan müdafiə baxımından “STANAG 4569 Level 3a/3b” standartlarına uyğun zirehli kabinə ilə təchiz edilib.

Bildirilir ki, sistem 300 kVt gücündə mühərriklə idarə olunur və minimum 3 nəfərlik, maksimum 5 nəfərlik ekipajla işləyə bilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Korkut   Çexiya   Tatra  


Bizi "telegram"da izləyin