Ordu.az xəbər verir ki, ABŞ-də yerləşən RTX şirkəti xalqa açıq müdafiə sənayesi şirkətləri siyahısında birinci yerdədir.
Təyyarə mühərrikləri, kibertəhlükəsizlik həlləri və pilotsuz uçuş aparatları kimi layihələr istehsal edən şirkətin bazar dəyəri 180 milyard dollardır.
Siyahıda ikinci yerdə aviasiya və müdafiə sahəsində mühüm həllər təklif edən ABŞ-nin “Honeywell” şirkəti qərarlaşıb. Kibertəhlükəsizlik, aviasiya və kosmos rabitə sistemləri kimi sahələrdə həllər istehsal edən şirkət 144 milyard dollarlıq bazar dəyəri ilə diqqət çəkir.
Fransanın “Safran” şirkəti siyahıda 3-cü yerdə qərarlaşıb, aviasiya, müdafiə və təhlükəsizlik sahələrində fəaliyyət göstərən şirkətin bazar dəyəri 124 milyard dollardır.
4-cü yerdə olan ABŞ-nin “Lockheed Martin şirkəti F35 layihəsi başda olmaqla, bir çox mühüm layihələr həyata keçirir. Şirkət təxminən 110 milyard dollarlıq bazar dəyəri ilə siyahıdakı görkəmli şirkətlərdən biridir.
Siyahıda 96 milyard dollarla Almaniyanın “Rheinmetall” şirkəti 5-ci yerdədir.
Türkiyə müdafiə sənayesinin köklü şirkətlərindən olan ASELSAN isə siyahıda 18-ci yerdədir. Yarım əsrdir inkişaf etdirdiyi məhsullarla Türkiyə müdafiə sənayesində kritik rol oynayan şirkətin bazar dəyəri 15,18 milyard dollardır.
Sevinc Əliyeva
Ordu.az