İspaniya təlim məqsədilə Türkiyənin “Hürjet” təyyarəsini seçdi: əməkdaşlıq dərinləşir

2025/05/1748670557.jpg
Oxunub: 869     16:46     31 May 2025    
İspaniya təlim təyyarəsi ehtiyacları üçün Türkiyənin milli reaktiv təlim təyyarəsi “Hürjet”i seçib.

Ordu.az xəbər verir ki, İspaniyanın iqtisadiyyat naziri Karlos Kuerpo iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşdiyini və bu layihənin yalnız başlanğıc olduğunu vurğulayıb.

Kuerpo təxminən bir il əvvəl İspaniyada hər iki ölkənin prezidentlərinin iştirakı ilə keçirilən yüksək səviyyəli görüşdə müdafiə sənayesində hərtərəfli əməkdaşlığa dair öhdəlik götürüldüyünü xatırladıb.

“Bu, yalnız bir layihədir. Amma əminəm ki, bundan sonra daha çox layihə olacaq. Bu sahə hər iki tərəf üçün əsas əhəmiyyət kəsb edir”, - deyə o qeyd edib.

Kuerpo İspaniyanın müdafiə sənayesi şirkətlərinin gücünə də diqqət çəkib.

“Navantia” gəmi istehsalında, “Indra” texnologiyada, “Airbus” da aviasiyada əhəmiyyətli bir oyunçudur. Bu sahələrdə Türkiyə ilə daha çox inteqrasiya edə biləcəyimizə inanırıq”, - deyə o bildirib.

Qeyd edək ki, Türkiyənin müdafiə sənayesində son illərdə sürətlə böyüyən yerli istehsalı “Hürjet” kimi layihələrlə də beynəlxalq diqqəti üzərinə çəkib.

“Hürjet”in İspaniya tərəfindən seçilməsi Türkiyə müdafiə sənayesi üçün mühüm mərhələ hesab olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İspaniya   Türkiyə   Hürjet  


Bizi "telegram"da izləyin