İsveç korvetlərinə Britaniya raketləri gəlir

2025/05/1748669631.jpg
Oxunub: 388     13:12     10 İyun 2025    
İsveç Hərbi Dəniz Qüvvələrinin 5 “Visby” sinfinə məxsus korveti 1,6 milyard İsveç kronu (təxminən 145 milyon dollar) dəyərində yeni müqavilə çərçivəsində Britaniya tərəfindən hazırlanan “Sea Ceptor” Hava Hücumundan Müdafiə (HHM) raket sistemi ilə təchiz ediləcək.

Ordu.az xəbər verir ki, İsveç Müdafiə Tədarükü Agentliyi (FMV) tərəfindən “Saab”a verilən bu müqavilə İsveç və NATO-nun dəniz HHM imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.

“Saab” 2026-cı ildə sistemin inteqrasiyasına başlayacaq. Mövcud qısa mənzilli müdafiə sistemlərini əvəz edəcək “Sea Ceptor” korvetlərə daha geniş ərazidə hava təhdidlərini aşkar edib məhv etməyə imkan verəcək.

Daha əvvəl “Sea Ceptor” raketlərini birbaşa MBDA-dan sifariş edən İsveç bu son razılaşma ilə sistemin “Visby” sinfinə məxsus gəmilərə inteqrasiyası vəzifəsini “Saab”a həvalə edib.

Qeyd edək ki, “Sea Ceptor” MBDA tərəfindən hazırlanan və “Common Anti-air Modular Missile” (CAMM) raketindən istifadə edən gəmi əsaslı HHM sistemidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveç   Britaniya  


Bizi "telegram"da izləyin