Ordu.az xəbər verir ki, yeni modelin rəsmi təqdimatı mayın 29-dan iyunun 1-dək paytaxt Daşkənddə, Zəfər Parkında keçiriləcək müdafiə sənayesi sərgisində baş tutacaq.
“Militarnyi” nəşrinin məlumatına görə, modernləşdirilmiş tankın görüntüləri zirehli texnika üzrə tədqiqatçı Andrey Tarasenkonun “Telegram” kanalında paylaşdığı videoda yer alıb.
Layihənin adı və istehsalçısı hələ açıqlanmasa da, yeni qurulan “Semey Engineering” şirkəti və Çerçik Zirehli Vasitə Təmiri Müəssisəsi mümkün inkişaf etdiricilər arasındadır.
Dizaynı ilə diqqət çəkən tank tamamilə qoruyucu xarici örtüklə örtülüb ki, bu da qeyri-adidir. Bu zirehə bənzəyən örtük xüsusilə pilotsuz uçuş aparatlarının geniş yayıldığı bugünkü müharibə şəraitində vasitənin sağ qalma qabiliyyətini artırmağı hədəfləyir.
Sevinc Əliyeva
Ordu.az