Ordu.az xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone deyib.
“Bunun gələcək olduğunu söyləmək istəmirəm, lakin bu, döyüş meydanında nəzərə alınacaq kritik element olacaq”, - deyə o qeyd edib.
Türkiyə istehsalı PUA-ların NATO ölkələrinin inventarına daxil olması ilə bağlı sualı cavablandıran Draqone bildirib: “Türkiyə PUA-ların əhəmiyyətini və böyümə potensialını ilk anlayan ölkələrdən biri oldu”.
Türkiyə istehsalı PUA-ların populyarlığına işarə edən Draqone deyib: “Sizinkilər zirvədədir. Sizinkilər döyüşdə sübut olunub, bu bir şey ifadə edir”.
O qeyd edib ki, Türkiyə PUA-ların strateji gücünü erkən görüb.
Sevinc Əliyeva
Ordu.az