İtaliya Aİ-nin mobil lazer silahı layihəsinə rəhbərlik edəcək

2025/05/1748667092.jpg
Oxunub: 587     15:50     10 İyun 2025    
Avropa İttifaqı 2025-ci il mayın 27-də elan etdiyi yeni müdafiə təşəbbüsləri çərçivəsində İtaliyanın rəhbərliyi ilə hazırlanacaq “Yönləndirilmiş Enerji Sistemləri” layihəsini təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə “Armyrecognition” məlumat yayıb.

İspaniyanın da iştirak etdiyi bu layihə mobil platformalara inteqrasiya oluna bilən lazer əsaslı silah sistemləri inkişaf etdirərək, qısa və çox qısa mənzilli hava hücumundan müdafiə (SHORAD/VSHORAD) imkanlarını artırmaq məqsədi daşıyır.

Yüksək enerjili lazerlərlə işləyən bu sistemlər pilotsuz uçuş aparatları, kamikadze döyüş sursatları, qanadlı raketlər və raket-artilleriya-minatan (RAM) təhdidlərinə qarşı ani və ucuz cavab verir.

Lazer silahlarının sursat məhdudiyyətinin olmaması, dəqiq atışlar edə bilməsi və səssiz işləməsi kimi üstünlükləri var.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İtaliya    


Bizi "telegram"da izləyin