Ordu.az xəbər verir ki, 4x4 zirehli quru vasitələrinin istehsalı və inkişafı sahəsində fəaliyyət göstərən şirkət 4 milyard 739 milyon lirəlik satış rəqəminə çatıb və ixraca əsaslanan böyümə modeli ilə diqqət çəkib.
2023-cü ildə 129 milyon 779 min dollar ixracat həyata keçirən şirkət bu rəqəmlə İSO-nun ixrac reytinqində 175-ci yerdə qərarlaşıb.
40 ildən çox sənaye təcrübəsini unikal mühəndislik həlləri ilə birləşdirən “Nurol Makina” “EJDER YALÇIN, YÖRÜK 4×4, ILGAZ II və EJDER TOMA kimi müxtəlif 4×4 platformaları hazırlayır.
Şirkətin flaqmanı EJDER YALÇIN yüksək hərəkət qabiliyyəti, modul dizaynı və üstün qoruma səviyyələri ilə xüsusilə Afrika və Yaxın Şərqdə çətin coğrafiyalarda fəal şəkildə xidmət edir.
Sevinc Əliyeva
Ordu.az