Türkiyə MN mənbələri Aİ Müdafiə Fondu SAFE ilə bağlı açıqlama yayıblar

2025/05/1748666804.jpg
Oxunub: 649     15:45     31 May 2025    
Türkiyə Milli Müdafiə Nazirliyinin mənbələri Türkiyənin Avropa Təhlükəsizlik Fəaliyyəti Fondunda (SAFE) iştirak prosesi ilə bağlı açıqlama veriblər.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Açıqlamada Avropanın müdafiə qabiliyyətinin artırılması səylərinin sürətləndirildiyi və Türkiyənin bu prosesdən kənarda qalmaması lazım olduğu vurğulanıb.

Nazirlik mənbələri Avropa İttifaqı (Aİ) tərəfindən müdafiə satınalmalarına xərclənəcək üzv ölkələrə 150 milyard avro təmin edəcək SAFE Qaydasının 2025-ci il mayın 27-də Aİ Şurasında qəbul edildiyini bildiriblər.

“Ukraynadakı müharibə və hazırkı qlobal hadisələrlə paralel olaraq, Avropanın müdafiə qabiliyyətinin artırılması səyləri də sürətlənib. Bu çərçivədə, Aİ tərəfindən müdafiə satınalmalarına xərclənəcək 150 milyard avro vəsaitin üzv ölkələrə verilməsini nəzərdə tutan SAFE Qaydası 2025-ci il mayın 27-də Aİ Şurası tərəfindən qəbul edilib”, - deyə verilən açıqlamada qeyd olunub.

Açıqlamada bildirilib ki, SAFE mexanizmi prinsipcə Türkiyənin iştirakına açıqdır.

“SAFE Mexanizmi prinsipcə ölkəmizin iştirakı üçün açıq olsa da, tənzimləmə Aİ-yə daxil olmayan ölkələr üçün bir çox məhdudlaşdırıcı tədbirləri ehtiva edir. Üstəlik, təəssüf ki, bu proses zamanı ölkəmiz də daxil olmaqla, Aİ üzvü olmayan müttəfiqlərin Aİ-nin müdafiə və təhlükəsizlik arxitekturasından kənarlaşdırılması və ya onlardan sövdələşmə vasitəsi kimi istifadə edilməsi cəhdlərinin də şahidi olduq”, - deyə açıqlamada vurğulanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   MN     SAFE  


Bizi "telegram"da izləyin