Ordu.az xəbər verir ki, “ASSAN Group Savunma Sanayi A.Ş.” mühəndislik və istehsal imkanlarını gücləndirmək məqsədilə ümumi təyinatlı bombalar üçün başlıq texnologiyaları inkişaf etdirən “Dynaflow” şirkətini satın aldığını açıqlayıb.
“Dynaflow” ümumi təyinatlı bomba başlıqları sahəsində ixtisaslaşıb və dünyada bu sahədə fəaliyyət göstərən azsaylı şirkətlərdən biridir.
Sərt hədəflərə qarşı və yaxın məsafədə partlayan döyüş başlıqları hazırlamaq və istehsal etmək bacarığı ilə seçilən “Dynaflow” fərdi tələblərə uyğun başlıq həlləri və güclü tədqiqat-inkişaf infrastrukturu ilə aviasiya sursatlarının döyüş başlıqları sahəsində mühüm rol oynayır.
Bu strateji satınalma ilə “ASSAN Group” müştərilərinə hal-hazırda istehsal etdiyi ümumi təyinatlı bombaları başlıqları ilə birlikdə təqdim etmək imkanı qazanıb.
Sevinc Əliyeva
Ordu.az