Gələn həftə Senatda Rusiyaya qarşı sanksiyalar qanunu qəbul edilə bilər

2025/02/1740287330.jpg
Oxunub: 550     23:21     30 May 2025    
“Ukraynada atəşkəsə doğru irəliləyişin olmaması səbəbindən Senatın gələn həftə Rusiyaya qarşı yeni sərt sanksiyalarla bağlı qanun layihəsini hərəkətə keçirməsi ehtimal olunur.”

Ordu.az xəbər verir ki, bunu ABŞ-ın Cənubi Karolinadan olan respublikaçı senatoru Lindsi Qraham deyib.

“Artıq yetərincə danışdıq. Hərəkət etməyin vaxtıdır. Mən ehtimal edirəm ki, gələn həftə Senat sanksiyalarla bağlı qanun layihəsini hərəkətə gətirəcək.”, - o bildirib.

Qraham bildirib ki, ukraynalılar ABŞ prezidentinin onlardan istədiyi hər şeyi yerinə yetiriblər. O, həmçinin Rusiyanın növbəti sülh danışıqları mərhələsi ilə bağlı planlarını gizli saxlamasından narahatlığını ifadə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya  


Bizi "telegram"da izləyin