Alimlər hər 44 dəqiqədən bir Yerə siqnal göndərən müəmmalı bir obyekt kəşf ediblər

2025/05/Ekran-1748621512.jpg
Oxunub: 596     20:02     30 May 2025    
Elm adamları kosmosdan hər 44 dəqiqədən bir Yerə siqnal göndərən sirli bir obyekt kəşf ediblər.

Ordu.az xəbər verir ki, bu obyekt “ASKAP J1832-0911” adlandırılıb və yalnız radio dalğaları deyil, həm də X-şüaları yayır.

Alimlər hələlik onun tam olaraq nə olduğunu müəyyən edə bilməyiblər, lakin obyektin daha əvvəl müşahidə edilmiş heç bir göy cisminə bənzəmədiyi və özünəməxsus xüsusiyyətlərə malik olduğu vurğulanır.

Qeyd edək ki, tədqiqat qrupunun üzvü Zieng Wang-ın fikrincə, bu kəşf bizi fizikanın yeni bir sahəsinin qapısına apara bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Alimlər   Siqnal  


Bizi "telegram"da izləyin