Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Rumıniyanın investisiyalar və Avropa layihələri üzrə naziri Marçel Boloş bildirib.
“Avropa Komissiyası... €869 (avro) milyon məbləğində vəsaitin ödənilməsini dayandırıb. Bu məbləğin €814 milyonu qrant, €55 milyonu isə kredit hissəsidir”, – deyə o qeyd edib.
Boloşun sözlərinə görə, bu vəsaitlər COVID-19 pandemiyasından sonra iqtisadi bərpa proqramı çərçivəsində təqdim olunmalı idi. Tranşın dayandırılmasına səbəb Rumıniyada Dövlət müəssisələrinin fəaliyyət göstəricilərini monitorinq və qiymətləndirmə agentliyinə rəhbərin Avropa Komissiyasının meyarlarına uyğun seçilməməsi olub.
Ordu.az