ABŞ Hərbi Kəşfiyyat Agentliyinin əməkdaşı həbs edilib

2025/05/1748617574.jpg
Oxunub: 482     18:22     30 May 2025    
ABŞ hökuməti Hərbi Kəşfiyyat Agentliyinin 28 yaşlı IT mütəxəssisi Natan Laatçı xarici dövlətin nümayəndəsinə məxfi məlumatları ötürərkən həbs edib.

Ordu.az ABŞ mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyinin məlumatında deyilib.

Saxlanılan şəxs tezliklə məhkəmə qarşısına çıxarılacaq, Federal Təhlükəsizlik Bürosu (FTB) və Hərbi Kəşfiyyat Agentliyinin iştirakı ilə istintaq davam edir.

Daxili təhlükəsizlik şöbəsində çalışan Laatçın məxfi materiallara çıxışı olub. 2025-ci ilin yazında FTB əməkdaşın niyyətləri barədə məlumat aldıqdan sonra gizli əməliyyat keçirib: Laatç başqa ölkənin vətəndaşlığını alması müqabilində məxfi sənədləri təqdim etməyə razılaşıb.

Qeyd olunub ki, şübhəli məlumatları kağız və elektron daşıyıcılara yazıb, sonra isə xarici dövlətin maraqlarını təmsil etdiyini düşündüyü şəxsə ötürüb. O, Virciniyada cinayət başında yaxalanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Həbs  


Bizi "telegram"da izləyin