Ordu.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Andrey Sibiqa türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Kiyev Moskva ilə danışıqların davam etməsində maraqlıdır, çünki cari ilin sonuna qədər müharibəni başa çatdırmaq istəyir. Ukrayna həmçinin müvəqqəti atəşkəsdə də maraqlıdır.
"Biz bunu nümayəndə heyətlərimizin Rusiya tərəfi ilə son görüşləri zamanı təsdiqlədik. Ukrayna İstanbul görüşünün nəticələrinə uyğun olaraq artıq Rusiya tərəfinə gələcək addımlar, gələcək sülh səyləri, xüsusilə də gələcək atəşkəsin parametrləri ilə bağlı baxışını təqdim edib", - nazir izah edib.
Ordu.az