Bu barədə
Ordu.az Qazaxıstan hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir.
Tərəflər ticari-iqtisadi əməkdaşlığın aktivləşdirilməsinə və qarşılıqlı tədarüklərin nomenklaturasının genişləndirilməsinə diqqət ayırıblar.
"Ötən il Qazaxıstanın TDT-nin üzv dövlətləri ilə ticarət dövriyyəsi 11,4 milyard dollar təşkil edib. Bununla yanaşı, mövcud potensialın cari göstəricilərdən xeyli geniş olduğu qeyd edilib. Bununla əlaqədar Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ticarət əlaqələrinin daha da inkişafına yönəlmiş ayrıca sənədin hazırlanması təşəbbüsü ilə çıxış edib. Görüş zamanı humanitar təşəbbüslər də müzakirə olunub", - hökumətin məlumatında bildirilib.
Görüşün yekununda O.Bektenov və K.Ömüralıyev Qazaxıstan və TDT arasında səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişafına kömək etməyə hazır olduqlarını bildiriblər.
Ordu.az