Ordu.az xəbər verir ki, ROKETSAN tərəfindən Türkiyənin ilk qısa mənzilli hipersəs ballistik raketi olaraq hazırlanan “Tayfun” yüksək strateji məhsul olaraq sualtı qayıqlara inteqrasiya olunur.
12-ci Dəniz Sistemləri Seminarı çərçivəsində ROKETSAN milli sualtı qayıq layihəsi MİLDEN üçün hazırlanmış yeni şaquli buraxılış sistemi (VLS) konfiqurasiyasını təqdim edib.
MİDLAS-ın sualtı qayıq konfiqurasiyası olacaq MİDLAS VLS təkcə ballistik deyil, həm də qanadlı raketləri buraxa biləcək.
ROKETSAN tərəfindən edilən təqdimata görə, MİLDEN sualtı qayıqlarına inteqrasiya olunacaq MİDLAS sisteminin “Gezgin” və “Atmaca UM” quru hücum raketləri, “Atmaca” gəmi əleyhinə raketi və ən diqqətçəkicisi isə “Tayfun” qısa mənzilli ballistik raketini (SRBM) istifadə edə biləcək şəkildə hazırlandığı açıqlanıb.
Sevinc Əliyeva
Ordu.az