Türkiyənin ən böyük müdafiə sənayesi şirkətləri açıqlandı

2025/05/1748586560.jpg
Oxunub: 611     15:07     30 May 2025    
İstanbul Sənaye Palatası (İSO) tərəfindən hazırlanan “Türkiyənin 500 Ən Böyük Sənaye Müəssisəsi 2024” araşdırması çərçivəsində Türkiyənin ən böyük müdafiə sənayesi şirkətləri müəyyənləşib.

Ordu.az xəbər verir ki, İSO “Türkiyənin 500 Ən Böyük Sənaye Müəssisəsi 2024” araşdırmasını dərc edib.

Bu çərçivədə Türkiyənin ən böyük müdafiə sənayesi şirkətləri müəyyənləşib.

Araşdırmaya görə, müdafiə sənayesinin lideri TUSAŞ (Türk Havacılık ve Uzay Sanayii A.Ş.) olub, bu sahədəki şirkətlərdə isə bu il artım müşahidə olunub.

Araşdırmaya görə, müdafiə sənayesinin ən böyüyü olan TUSAŞ 15 min 515 işçisi ilə ISO 500 siyahısında üçüncü yerdədir. TUSAŞ ötən il 98 milyard lirə satışla 6 pillə yüksələrək, 11-ci yerdə qərarlaşıb.

TUSAŞ-ı izləyən ASELSAN bu il 2 pillə yüksələrək, 17-ci yerdə qərarlaşıb. Şirkətin ümumi satışları 78,6 milyard lirə olub. Digər müdafiə nəhəngi ROKETSAN isə 42,8 milyard lirə satışla siyahıda 15 pillə yüksələrək, 35-ci yerdə qərarlaşıb.

Müdafiə sənayesində bu şirkətləri “Otokar”, MKE, TEİ, BMC, HAVELSAN, “Canik”, “ALP Havacılık” və “Nurol Makina” izləyib.

Qeyd edək ki, “Baykar” və FNSS kimi bəzi müdafiə sənayesi şirkətləri araşdırmada iştirak öhdəliyi olmadığı üçün yer almayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İSO  


Bizi "telegram"da izləyin