Ordu.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz deyib.
“2025-ci ilin yanvar-aprel ayları dövründə ixracatımız ötən ilin eyni dövrü ilə müqayisədə 67 faiz artaraq, 2,2 milyard dollara çatıb. Hədəfimiz ən qısa zamanda 10 milyard dollarlıq illik ixracatı aşmaq və ikirəqəmli ixracatı olan ölkələr liqasına daxil olmaqdır”, - deyə o qeyd edib.
Yılmaz qeyd edib ki, bu səylərin qalıcı nəticələr verə bilməsi təkcə xoş niyyət bəyannaməsindən deyil, həm də təhlükəsizlik imkanlarının balanslı şəkildə paylaşılmasından, texnoloji bərabərsizliklərin aradan qaldırılmasından və müdafiə sahəsində əməkdaşlıq üçün daha ədalətli zəmin yaradılmasından asılıdır.
Türkiyənin vitse-prezidenti müdafiə sənayesindəki inkişafın yalnız müəyyən ölkələr üzərində cəmləşdiyi, texnoloji boşluqların dərinləşdiyi bir mühitdə qarşılıqlı inam və sabitliyin qorunmasının mümkün olmadığını bildirib.
Sevinc Əliyeva
Ordu.az