MKE İordaniyada patron istehsal edən müəssisə qurub

2025/05/1748585299.jpg
Oxunub: 485     14:27     30 May 2025    
“Makine ve Kimya Endüstrisi A.Ş.” (MKE) patron istehsalında sahib olduğu “nou-hau”nu beynəlxalq arenaya çıxarmağa davam edir.

Ordu.az xəbər verir ki, qurum dost və müttəfiq ölkələrlə müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşdirilməsi çərçivəsində İordaniyada müasir patron istehsalı müəssisəsi qurduğunu açıqlayıb.

MKE-nin verdiyi açıqlamada xaricdə qurulan bu obyektin bütün istehsal proseslərini əhatə edən inteqrasiyalı struktura malik olduğu və istehsalın NATO standartlarında həyata keçirilməsinə imkan verdiyi bildirilib.

Beləliklə, İordaniya Silahlı Qüvvələrinin yerli sursat tədarükündə xarici mənbələrdən asılılığı azalarkən, regional müdafiə infrastrukturu da gücləndirilib.

MKE rəsmiləri bu obyektin təkcə İordaniya üçün deyil, həm də region ölkələri ilə davamlı hərbi əməkdaşlıq üçün strateji qazanc olduğunu vurğulayıblar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MKE   İordaniya   Patron  


Bizi "telegram"da izləyin