Ordu.az xəbər verir ki, “Baykar” tərəfindən hazırlanan bu yüksək texnologiyalı platforma sınaq zamanı süni zəka dəstəkli uçuş imkanlarını bir daha nümayiş etdirərək, gələcək hava döyüş konsepsiyalarında nə qədər iddialı olduğunu ortaya qoyub.
“Bayraktar Kızılelma” tərəfindən həyata keçirilən sınaqlar “hava-hava” döyüş qabiliyyətinin əldə edilmiş qabaqcıl mərhələsini təmsil edir.
Xüsusilə qısa uçuş-enmə zolağına malik aviadaşıyıcı gəmilərdən katapultsuz uçuş ssenarilərini əhatə edən sınaqlar platformanın manevr qabiliyyətini maksimum səviyyədə ölçmək məqsədi daşıyıb.
“Baykar” İdarə Heyətinin sədri Selçuk Bayraktar sınaq anlarının görüntülərini sosial media hesabında paylaşaraq, prosesin uğurla tamamlandığını açıqlayıb.
Sevinc Əliyeva
Ordu.az