Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Görüşlərdə iki ölkə arasında mövcud müdafiə sənayesi əlaqələri müzakirə edilib, gələcək üçün yeni əməkdaşlıq istiqamətləri də gündəmə gətirilib.
Türkiyə Müdafiə Sənayesi Komitəsinin binasında keçirilən görüşdə müdafiə sənayesi ilə bağlı texniki və strateji sahələr üzrə qarşılıqlı təcrübə mübadiləsi aparılıb.
Konstruktiv və çoxölçülü dialoq mühitində keçən görüşdə tərəflər müdafiə sənayesi sahəsində əməkdaşlığın artırılmasına yönəlmiş bəzi rəsmi sənədlər də imzalayıblar.
Sevinc Əliyeva
Ordu.az