Ordu.az xəbər verir ki, açılış mərasimi 50-dən çox ölkədən hərbi və rəsmi nümayəndə heyətlərinin iştirakı ilə keçirilən sərgidə 34 ölkədən 650-yə yaxın şirkət öz məhsullarını nümayiş etdirir.
Mərkəzi Avropanın ən mühüm müdafiə və təhlükəsizlik tədbirlərindən biri olan və bu il 18-ci dəfə qonaqlarını qəbul edən IDET mayın 30-da başa çatacaq.
Sərgi hərbi avtomobillər, rabitə sistemləri, müşahidə avadanlığı, fərdi mühafizə vasitələri, silah və sursat kimi bir çox yenilikləri beynəlxalq hərbi nümayəndə heyətləri və peşəkarlarla bir araya gətirir.
2023-cü ildə 17-ci dəfə keçirilən IDET sərgisi 29 ölkədən 551 şirkəti və onlarla ölkədən 30 000-dən çox peşəkar ziyarətçini qəbul edib.
Sevinc Əliyeva
Ordu.az