İstanbulda 12-ci Beynəlxalq “Prohunt” Sərgisi keçirilir - VİDEO

2025/05/1748584695.jpg
Oxunub: 697     10:48     30 May 2025    
İstanbul Sərgi Mərkəzində ovçuluq, silah və təbiət idmanı sektorlarının qabaqcıl tədbirlərindən biri olan 12-ci Beynəlxalq İstanbul “Prohunt” Sərgisi öz işinə başlayıb.

Ordu.az xəbər verir ki, mayın 28-31-də ziyarətçilərin üzünə açıq olacaq sərgi bu il sektorda bir çox yerli və xarici brendləri bir araya gətirir.

2016-cı ildən 16 min kvadratmetr sahədə iki zalda təşkil olunan tədbir Türkiyədə ovçuluq və silah sənayesinin inkişafını əks etdirir, beynəlxalq platformada artan marağı ortaya qoyur.

Bu il “Prohunt” Sərgisində “Beretta Group” və “Glock” kimi xarici markalar ilə yanaşı, Türkiyənin “Yavuz”, “Sarsılmaz” və “Turaç” kimi aparıcı silah və sursat istehsalçıları da iştirak edir.

Ov tüfənglərindən tutmuş aksesuar və sursata, açıq hava idmanı üçün avadanlıqlardan geyim və kamuflyajlara qədər geniş çeşiddə məhsulların yer aldığı sərgi təkcə məhsul təqdimatı ilə məhdudlaşmır.

Tədbir həm də kommersiya əməkdaşlıqları, ixrac imkanları və sektoral görüşlər baxımından əhəmiyyətlidir.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İstanbul   Prohunt  


Bizi "telegram"da izləyin