Liviyanın Rusiyadan aldığı “BM-30 Smerch” YARS-ı Benqazidə keçirilən hərbi paradda görüntülənib

2025/05/2025--1748584617.jpg
Oxunub: 569     14:54     30 May 2025    
Liviya Milli Ordusunun (LNA) Rusiyadan aldığı “BM-30 Smerch” Yaylım Atəşli Reaktiv Sistemi (YARS) Benqazidə keçirilən hərbi paradda görüntülənib.

Ordu.az xəbər verir ki, 2025-ci il mayın 26-da Benqazidə keçirilən hərbi paradda LNA Rusiyadan aldığı “BM-30 Smerch” 300 mm-lik YARS-larını ilk dəfə ictimaiyyətə nümayiş etdirib.

“Army Recognition”un məlumatına görə, mərasim 2014-cü ildə silahlı qruplara qarşı başladılan “Əl-Kərame” əməliyyatının 11-ci ildönümünü simvolik olaraq qeyd edib.

1980-ci illərdə Sovet İttifaqı tərəfindən hazırlanan “BM-30 Smerch” sistemi MAZ-543M 8×8 yük maşını şassisinə quraşdırılmış mobil ağır artilleriya platformasıdır.

Hər biri 300 mm çapında olan 12 raketi cəmi 38 saniyəyə buraxa bilən sistem uçuş məsafəsindən asılı olaraq 90 kilometrə qədər olan hədəfləri vura bilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Liviya   Rusiya   BM-30Smerch   YARS  


Bizi "telegram"da izləyin