Pentaqon əməkdaşı məxfi məlumatları xaricə ötürməyə cəhd edərkən saxlanılıb

2025/05/1747892230.jpg
Oxunub: 421     09:37     30 May 2025    
ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin (DIA) informasiya texnologiyaları üzrə mütəxəssisi məxfi məlumatları xarici hökumətə ötürməyə cəhd etməkdə ittiham olunaraq saxlanılıb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Sənəddən məlum olur ki, 28 yaşlı informasiya texnologiyaları mütəxəssisi Neytan Vilas Latç məxfi məlumatlara çıxışı var. O, Virciniya ştatında məxfi məlumatları "xarici dövlətin rəsmi şəxsinə və ya agentinə" ötürməyə cəhd edərkən saxlanılıb.

N.Latçın mayın 30-da məhkəmə qarşısına çıxacağı gözlənilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   DIA  


Bizi "telegram"da izləyin