Rusiya Xarkova kütləvi dron hücumu həyata keçirib

2025/05/1748582413.jpg
Oxunub: 494     07:48     30 May 2025    
Ukraynanın Xarkov şəhəri gecə saatlarında Rusiya tərəfindən həyata keçirilən kütləvi dron hücumuna məruz qalıb.

Ordu.az "Umiam"a istinadən xəbər verir ki, bu barədə Xarkov meri İqor Terexov məlumat yayıb.

Hadisə nəticəsində 9 nəfərin yaralandığı bildirilib, onlardan ikisi uşaqdır.

Dron zərbələri şəhərin Slobodskoe rayonunda yerləşən kommunal müəssisələrdən birinin ərazisinə endirilib.

Müəssisənin əməkdaşı olan bir qadın xəsarət alıb. Zərbənin endirildiyi ərazidə yanğın baş verib, dağıntılarla bağlı məlumatlar dəqiqləşdirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Xarkov   PUA  


Bizi "telegram"da izləyin