ABŞ-nin Kennedi Kosmik Mərkəzində yerləşən, özəl aerokosmik şirkət olan "Starfighters International" Cənubi Koreyadan 12 ədəd "F-4 Phantom" döyüş təyyarəsi satın alaraq, kiçik peyklərin aşağı orbitə buraxılması sahəsində inqilab etməyi hədəfləyir.
Ordu.az xəbər verir ki, bu barədə TWZ məlumat yayıb.
Bu günə qədər nümayiş uçuşları və sınaq xidmətləri ilə tanınan "Starfighters International" mövcud "F-104 Starfighter" parkının yetərsiz olduğu daha ağır buraxılış sistemləri üçün "F-4 Phantom" parkını aktivləşdirməyi planlaşdırır.
Bu təyyarələr sayəsində aşağı yer orbitinə (LEO) daha böyük və daha çevik buraxılış missiyaları həyata keçirilə biləcək.
"Starfighters" 2007-ci ildə Kennedi Kosmik Mərkəzinin "Shuttle Landing Facility" uçuş-enmə zolağına köçürülüb və özü üçün xüsusi sınaq sahəsi yaradıb. Şirkət indi Texas ştatının Midland şəhərində 150.000 kvadrat metrlik yeni obyekt inşa edir.
Sevinc Əliyeva
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
ABŞ
Starfighters-International
F-4