"Lockheed Martin" pilotsuz F-35 istehsal edəcək?

2025/05/1747639176.jpg
Oxunub: 374     11:01     10 İyun 2025    
"Lockheed Martin"in baş direktoru Cim Tayklet şirkətin beşinci nəsil döyüş təyyarəsi olan F-35-i "pilot opsionlu" edə biləcəyini açıqlayıb.

Ordu.az xəbər verir ki, şirkət altıncı nəsil döyüş təyyarələrinin hazırlanması yarışları çərçivəsində əldə etdiyi texnologiyaları F-35-ə inteqrasiya edərək, qabiliyyəti əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır.

Nyu-Yorkdakı "Bernstein" Strateji Qərarlar Konfransında çıxış edən Tayklet qeyd edib: "Altıncı nəsil döyüş təyyarəsi layihələri üçün əldə etdiyimiz inkişaflara əsaslanaraq, F-35-i nisbətən qısa müddətdə pilot opsionlu hala gətirə bilərik".

O, həmçinin iki-üç il ərzində bəzi yeni texnologiyaların F-35-ə ötürülə biləcəyini və beləliklə, təyyarənin imkanlarının əhəmiyyətli dərəcədə artacağını vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lockheed-Martin   F-35  


Bizi "telegram"da izləyin