MKE İSO 500 siyahısında 72 pillə yüksəldi

2025/05/1748526130.jpg
Oxunub: 601     16:41     30 May 2025    
İstanbul Sənaye Palatası (İSO) tərəfindən açıqlanan "Türkiyənin 500 Ən Böyük Sənaye Müəssisəsi 2024" siyahısında müdafiə sənayesinin lokomotiv şirkətlərindən biri olan "Makine ve Kimya Endüstrisi A.Ş."nin təsirli performansı diqqət çəkib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

İSO sədri Erdal Bahçıvanın mayın 27-də ictimaiyyətlə paylaşdığı məlumatlara görə, Türkiyənin sənaye nəhəngləri 2024-cü ildə istehsaldan gələn satış gəlirlərində orta hesabla 36,35% artım göstərib.

Bununla belə, MKE bu göstəricini üç dəfə artıraraq, 121,36% artım qeydə alıb.

Bu qeyri-adi performans sayəsində MKE İSO 500 siyahısında 72 pillə yüksələrək, 109-cu yerdə qərarlaşıb. Şirkətin istehsaldan əldə etdiyi xalis satış gəliri 2024-cü ildə 17 milyard 239 milyon lirəyə çatıb.

2020-ci ildən etibarən müşahidə olunan artım tendensiyası MKE-nin davamlı yüksəlişini göstərir. Beş illik dövrdə ümumilikdə 548,2% artım əldə edən şirkət Türkiyə müdafiə sənayesinin qlobal miqyasda iddiasını da gücləndirib.

İSO tərəfindən nəşr olunan hesabatda MKE-nin ayrı bir qiymətləndirməsi olmasa da, şirkətin yüksək böyümə sürəti sənayedə diqqətlə izlənilir.

MKE-nin bu uğurunda müdafiə təyinatlı məmulatların milliləşdirmə sürətinin artması, ixrac imkanlarının genişləndirilməsi və müasir istehsal müəssisələrinə yatırılan investisiyaların təsirli olduğu qiymətləndirilir.

Milli müdafiə sənayesinin təməl daşlarından biri olan MKE yüksəlişi ilə həm ictimaiyyət, həm də sektorun maraqlı tərəfləri arasında müsbət təsir yaratmağa davam edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MKE   İSO   500  


Bizi "telegram"da izləyin