İndoneziya Çindən J-10C döyüş təyyarələri almağı düşünür

2025/05/1748526086.jpg
Oxunub: 553     14:20     31 May 2025    
İndoneziya Hərbi Hava Qüvvələrini (HHQ) gücləndirmək və müdafiə tədarükü strategiyasını diversifikasiya etmək məqsədilə Çindən 42 ədəd ikinci əl "Chengdu J-10C" çoxməqsədli döyüş təyyarəsi almağı düşünür.

Ordu.az xəbər verir ki, bu potensial addım ölkənin müdafiə doktrinasında və satınalma münasibətlərində mühüm istiqamət dəyişikliyindən xəbər verir.

Çinin ən qabaqcıl J-10 variantı olan J-10C 2018-ci ildə istismara verilib. Təyyarədə köhnə Rusiya istehsalı olan AL-31F mühərriki əvəzinə Çin istehsalı olan WS-10B "afterburner"li (əlavə yanma, xüsusən uçuş və qalxma zamanı reaktiv təyyarələrdə sürətlənməni artırmaq və ya səs sürətini aşmaq üçün istifadə olunan bir hərəkət sistemidir) turbofan mühərrikindən istifadə edilir. Təyyarənin texniki imkanları diqqətəlayiqdir:

Bu alış İndoneziyanın ilk dəfə olaraq Çin istehsalı olan döyüş təyyarəsini öz inventarına əlavə edəcəyi deməkdir.

Artıq Fransanın "Rafale" və potensial olaraq Rusiyanın "Su-35" təyyarələrinə sahib olan İndoneziya HHQ Qərb və Şərq tədarükçüləri arasında daha balanslı mövqe tutmağı hədəfləyir.

İndoneziya Müdafiə Nazirliyinə yaxın mənbələr bu addımın regional təhlükəsizlik dinamikası ilə birbaşa əlaqəli olduğunu bildirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İndoneziya   Çin  


Bizi "telegram"da izləyin