Ordu.az xəbər verir ki, bu barədə mayın 28-də şirkətdən açıqlama verilib.
Güclü lazerin istifadəsi İsrailin davam edən "Dəmir Qılınclar" əməliyyatı zamanı baş verib. Sistem İsrail Müdafiə Nazirliyi və Hərbi Hava Qüvvələri (HHQ) ilə birlikdə hazırlanıb, İsrail HHQ-nin Hava Hücumundan Müdafiə Komandanlığı tərəfindən uğurla tətbiq edilib.
"Rafael" Direktorlar Şurasının sədri Yuval Steinitz açıqlamasında bildirib: "İsrail yüksək güclü lazer texnologiyasını tam əməliyyat səviyyəsinə çatdıran və real döyüş önləmələrini həyata keçirən dünyada ilk ölkə oldu".
Klassik kinetik sistemlərdən fərqli olaraq, yönləndirilmiş enerji silahı olan bu sistem "atış başına sıfır xərclə" işləyir. Bu xüsusiyyət ilə bahalı bloklayıcı raketlərdən asılılığın azaldılması gözlənilir.
Sevinc Əliyeva
Ordu.az