“Türkiyə 1815-ci il Vyana Konqresindən etibarən Avropa müdafiəsinin bir parçası olub” - Haluk Görgün

2025/05/1748507362.jpg
Oxunub: 364     11:51     30 May 2025    
Türkiyə Müdafiə Sənayesi Komitəsinin (MSK) sədri Haluk Görgün Avropa Təhlükəsizlik Fəaliyyət Planının (SAFE) qəbulundan sonra Türkiyənin NATO daxilindəki strateji mövqeyi və müdafiə sənayesi potensialı ilə bağlı mesajlar verib.

Ordu.az xəbər verir ki, Türkiyə MSK sədri Türkiyənin NATO-ya təkcə strateji harmoniya ilə deyil, həm də orijinal imkanları və texnoloji yenilikləri ilə töhfə verdiyini bildirib.

Türkiyənin təhlükəsizlik arxitekturasındakı tarixi roluna diqqət çəkən Görgün qeyd edib: “Hətta NATO üzvlüyündən əvvəl Türkiyə 1815-ci il Vyana Konqresindən etibarən Avropa müdafiəsinin bir parçası olub”.

Türkiyə MSK olaraq hazırda 1100-dən çox aktiv satınalma və “Ar-Ge” proqramı həyata keçirdiklərini ifadə edən Görgün bildirib: “Proqram portfelinin ölçüsü və müxtəlifliyi baxımından biz dünyanın ən böyük müdafiə sənayesi proqram idarəedici orqanıyıq”.

Görgün Türkiyənin müdafiə sənayesindəki ixracat uğurlarına da toxunub və deyib: “Türkiyə 2024-cü ildə müdafiə və aviasiya ixracatında 7 milyard ABŞ dollarına çataraq, mühüm həddi aşdı. Bunun 55,4 faizi NATO müttəfiqləri və Ukraynaya edilib. İlk 20 ölkədən 10-nun NATO ölkəsi və Ukrayna olması Türkiyənin etibarlı və strateji tərəfdaş olduğunu açıq şəkildə göstərir”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Vyana-Konqresi   Avropa  


Bizi "telegram"da izləyin