Ordu.az xəbər verir ki, mayın 26-27-də İstanbul Dəniz Muzeyində keçirilən 12-ci Dəniz Sistemləri Seminarının açılış nitqləri zamanı söz alan ASFAT baş direktorunun müavini qurumun bu günə qədər həyata keçirdiyi layihələr və gələcək planları haqqında geniş məlumat paylaşıb.
ASFAT-ın gələcək layihələrdə mühüm rol oynadığını vurğulayan Tezeren TF-2000 Hava Hücumundan Müdafiə Esminesi və MİLDEN layihələri ilə bağlı son vəziyyəti dəyərləndirib.
Tezeren TF-2000 Layihəsinin birinci mərhələsi çərçivəsində model təcrübələri, təsnifat, 3D istehsal modelinin yaradılması, “degaussing”, əsas hərəkət sistemi və döyüş idarəetmə sisteminin inteqrasiyası ilə bağlı fəaliyyətlərin davam etdiyini bildirib.
O, həmçinin bildirib ki, Müdafiə Sənayesi İcraiyyə Komitəsinin mayın 13-də keçirilən iclasında qəbul edilmiş qərara əsasən, layihənin 2-ci mərhələsi ASFAT tərəfindən həyata keçiriləcək.
MİLDEN Layihəsi ilə bağlı da açıqlamalar verən Tezeren bu sahədə Gəmiqayırma Zavodları Baş İdarəsi ilə davam edən əməkdaşlıqla yanaşı, Komitənin yeni qərarı ilə işlərin daha da dərinləşdiriləcəyini qeyd edib.
Digər tərəfdən, o əlavə edib ki, MUGEM Layihəsi çərçivəsində milli dizayn bürosu infrastrukturunun gücləndirilməsi üçün hazırlıqlar eyni vaxtda davam edir.
Sevinc Əliyeva
Ordu.az