Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Araşdırmaya görə, TÜPRAŞ siyahıda birinci olub. 2022-ci ildə üçüncü yerdə olan “Ford Otomotiv” ikinci yerə yüksəlib. “Star Rafineri” üçüncü yeri tutub.
İstanbul Qızıl Emalı Zavodu 4-cü, “Toyota Otomotiv” 5-ci, “Oyak-Renault” 6-cı, “Arçelik” 7-ci, “Mercedes-Benz Türk AŞ” 8-ci, “Gramaltın Kıymetli Madenler Rafineri San. Tic. AŞ” 9-cu, “Ereğli Demir ve Çelik Fabrikaları TAŞ” isə 10-cu sırada yer alıb.
Türkiyənin müdafiə sənayesi şirkətləri arasında TUSAŞ 6 pillə yüksələrək, siyahıda 11-ci yeri tutub. ASELSAN 17-ci yerdə qərarlaşıb. ROKETSAN isə 35-ci yeri tutub.
Sevinc Əliyeva
Ordu.az