Ordu.az xəbər verir ki, “Titra Teknoloji” yerli fırlanan qanad texnologiyasının simvolu halına gələn “Alpin” pilotsuz helikopterinin maket versiyası ilə sahədə yerini alıb.
Türkiyədə fırlanan qanad texnologiyasına diqqət yetirən və bu sahədə ilk olan “Titra” inkişaf etdirdiyi məhsulu milli və beynəlxalq iştirakçılarla paylaşıb.
Fırlanan qanad konsepsiyasında Türkiyənin ilk orijinal yanaşmasını təqdim edərək, sektora yeni istiqamət verən “Titra Teknoloji” Türkiyə müdafiə sənayesindəki mühəndislik gücünü və orijinal texnologiyalarını sahəyə əks etdirib.
Yerli və milli olaraq istehsal edilən pilotsuz helikopter “Alpin” genişləndirilmiş yanacaq çəni sayəsində 9 saata qədər havada qala bilir.
200 kiloqramdan artıq yükgötürmə qabiliyyəti ilə “Alpin” hərbi və mülki əməliyyatlarda müxtəlif texnika və materialların təhlükəsiz daşınmasına imkan verir.
Sevinc Əliyeva
Ordu.az