Ordu.az xəbər verir ki, bu barədə dövlətə məxsus “Izvestia” xəbər agentliyi məlumat yayıb.
“Golub” adlanan PUA tipik olaraq lüləaltı əl qumbarası buraxılış qurğularında istifadə olunan 12 ədədə qədər qəlpəli əl qumbarasını saxlaya bilən daxili baraban darağı ilə təchiz edilmiş kvadrokopter tipli PUA sistemidir.
Zirehsiz vasitələri və düşmən şəxsi heyətini hədəfə almaq üçün nəzərdə tutulan PUA-nın “xüsusi hərbi əməliyyat zonası” adlanan bölgədə səhra sınaqlarını başa çatdırdığı bildirilib.
Qeyd edilib ki, “Golub” PUA-sının mənzili 10 kilometr, uçuş tavanı 500 metr və maksimal sürəti saatda 60 kilometrdir.
Sevinc Əliyeva
Ordu.az