Ordu.az xəbər verir ki, bu barədə Çinin dövlət televiziyası CCTV məlumat yayıb.
Məlumata görə, Xalq Azadlıq Ordusunun (PLA) 73-cü Qrup Ordusunun qoşunları Futszyan əyalətinin sahil zolağında “Type 05” seriyalı amfibiya vasitələrindən istifadə edərək, amfibiya desant təlimi keçirib.
Təlimdə taktiki hazırlıq əməliyyatı kimi görünən 1,5 kilometr məsafədən simulyasiya edilmiş hücum enişləri, maneələrin naviqasiyası və koordinasiyalı manevrlər yer alıb.
Çin dövlət mediası təlimə “Type 05” amfibiya vasitəsi platformasının iki əsas variantının cəlb olunduğunu açıqlayıb.
Qeyd edilib ki, bunlar 30 mm-lik avtomatik topla təchiz edilmiş ZBD-05 piyada döyüş maşını və 105 mm-lik aşağı geri təpməli silahla təchiz edilmiş ZTD-05 atəş dəstəyi versiyasıdır.
Sevinc Əliyeva
Ordu.az