Şimali Koreya ABŞ-nin “Qızıl Günbəz” planının “təhlükəli və təhdidedici” olduğunu bildirib

2025/05/1748505826.jpg
Oxunub: 379     11:02     30 May 2025    
Şimali Koreya Xarici İşlər Nazirliyinə tabe olan Amerika Araşdırmaları İnstitutu Trampın “Qızıl Günbəz” layihəsi ilə bağlı memorandum yayıb.

Ordu.az xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

İnstitut Trampın “Qızıl Günbəz” raketdən müdafiə sistemi layihəsinin “təhlükəli və təhdidedici” olduğunu bəyan edib və layihənin ABŞ-yə “düşmən” olan nüvə silahına sahib dövlətlərin strateji təhlükəsizliyini təhdid etmək məqsədi daşıdığını qeyd edib.

Layihəni ABŞ qüvvələrinin “hücum xarakterli hərbi güc”dən istifadə etməsini asanlaşdırmağa yönəlmiş çox təhlükəli “təhdid təşəbbüsü” kimi xarakterizə edən institut ABŞ-nin kosmosu hərbiləşdirməyi hədəflədiyini iddia edib.

İnstitut bəyan edib ki, “Qızıl Günbəz” layihəsinin məqsədi nüvə silahına malik dövlətlərin “təhlükəsizlik qayğılarını aktivləşdirməklə”, kosmosu potensial nüvə müharibəsi zonasına çevirmək və qlobal kosmik silahlanma yarışını tətikləməkdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şimali-Koreya   ABŞ   Qızıl-Günbəz  


Bizi "telegram"da izləyin