Braziliyaya döyüş təyyarələrinin çatdırılması davam edir

2025/05/2025--1748501214.jpg
Oxunub: 475     12:13     10 İyun 2025    
Braziliyanın İsveçdən aldığı 10-cu “Gripen E” döyüş təyyarəsinin ölkəyə göndərilmək üçün limana gətirildiyi görüntülənib.

Ordu.az xəbər verir ki, bu barədə “Sa Defensa” məlumat yayıb.

Məlumata görə, “Gripen E” döyüş təyyarələrinin yeni partiyası Braziliyaya gəlib.

Yeni tədarüklə Braziliyanın İsveçdən aldığı 10-cu “Gripen E” döyüş təyyarəsi də ölkəyə gəlib. Tədarük edilən təyyarə İsveçdən gələn son təyyarədir, tədarük çərçivəsində digər təyyarələrin istehsalı isə Braziliyada reallaşacaq.

Qeyd edək ki, Braziliya əvvəlki çatdırılmanı 2024-cü ilin sentyabrında Santa Katarina əyalətindəki Naveqantes limanından alıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Braziliya   İsveç  


Bizi "telegram"da izləyin