Misirin “Rafale” və J-10C arasında qaldığı iddia edilir

2025/05/2025--1748501143.jpg
Oxunub: 568     19:44     30 May 2025    
Misir Hərbi Hava Qüvvələrinin (HHQ) əlavə “Rafale” döyüş təyyarələri almaq üçün danışıqlar aparmaqla yanaşı, Çindən J-10C döyüş təyyarələri almağı planlaşdırdığı bildirilir.

Ordu.az xəbər verir ki, Misir HHQ öz parkını modernləşdirmək və strateji muxtariyyətini artırmaq məqsədilə yeni “Dassault Rafale” döyüş təyyarəsi müqaviləsi üçün Fransa ilə qabaqcıl danışıqlar aparır.

Fransa mənbələri hələlik rəsmi açıqlama verməsələr də, müdafiə təhlili saytı “Tactical Report”a görə, danışıqlarda təkcə təyyarələrin tədarükü deyil, həm də təyyarə hissələrinin yerli istehsalına imkan verəcək texnologiya transferi müqaviləsi də var.

Bu inkişaf Misirin də Çin istehsalı olan “Chengdu J-10C” döyüş təyyarələri ilə maraqlanması ilə bağlı şayiələrlə eyni vaxtda baş verib. Beləliklə, Qahirənin Qərb və Şərq müdafiə tədarükçüləri arasında balans yaratmaq səyləri yenidən gündəmə gətirilib.

“Bulgarian Military”nin məlumatına görə, Misirdə hazırda 54 “Rafale” döyüş təyyarəsi var. 24-ü 2015-ci ildə, 30-u isə 2021-ci ildə alınmış bu təyyarələr “Gebel el-Basur” aviabazasında yerləşir və 203-cü Taktiki Eskadrilyanın tərkibində xidmət edir. Bundan əlavə, Misir 2023-cü ilə qədər “Rafale”lər ilə 10.000 uçuş saatını tamamlayan ilk ixrac müştərisi olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Misir   Rafale   J-10C  


Bizi "telegram"da izləyin