Türkiyə Nüvə Hərəkət Sistemli Sualtı Qayıq istehsal etməyə başlayır!

2025/05/2025--1748500972.jpg
Oxunub: 2058     10:50     29 May 2025    
Türkiyənin yerli olaraq istehsal ediləcək nüvə sualtı qayığı layihəsinin adı NÜKDEN olaraq açıqlanıb.

Ordu.az xəbər verir ki, Türkiyə Hərbi Dəniz Qüvvələrini (HDQ) nüvə enerjisi ilə işləyən sualtı qayıqla təmin etməklə bağlı hədəfin və işlərin olduğu barədə məlumatı ötən dövrdə ölkənin HDQ komandanı admiral Ercüment Tatlıoğlu paylaşıb.

Bu çərçivədə Nüvə Hərəkət Sistemli Sualtı Qayıq (NÜKDEN) layihəsi Sualtı Qayıq Parkı komandiri kont-admiral Timur Yılmaz tərəfindən açıqlanıb.

Mövzu ilə bağlı edilən təqdimatda aşağıdakı ifadələr yer alıb:

“Ölkəmizin təhlükəsizliyini, çəkindiriciliyini, səlahiyyət və maraq sahələrini, bu sahələrdə həyata keçirilməli olan fəaliyyətləri, milli aviadaşıyıcı gəmimizin yerləşəcəyi tapşırıq qruplarına verilməli olan dəstəyi nəzərə alaraq, nüvə sualtı qayığına malik olmaq zərurətdir. Bütün nüvə sualtı texnologiyaları və gələcək enerji ötürmə sistemləri ilə bağlı korporativ məlumatlılığımızı yüksək səviyyədə saxlamaq üçün araşdırmalar davam edir və planlar hazırlanır. MİLDEN-dən sonra NÜKDEN layihəmizi qısa müddətdə həyata keçirmək üçün bu gündən başlayaraq, bütün müvafiq milli güc elementlərimizlə birlikdə mövzuya diqqət yetirmək vacib hesab edilir”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Nüvə   MİLDEN   NÜKDEN  


Bizi "telegram"da izləyin