İsraildən Yunanıstana sualtı platforma dəstəyi: “BlueWhale”

2025/05/1748500467.jpg
Oxunub: 386     10:49     10 İyun 2025    
İsrail və Yunanıstan avtonom dəniz sistemləri sahəsində əməkdaşlığı dərinləşdirir.

Ordu.az xəbər verir ki, Afinada keçirilən DEFEA 2025 sərgisində “BlueWhale” adlı insansız sualtı platformasının Yunanıstan Hərbi Dəniz Qüvvələrinə (HDQ) təhvil verilməsi üçün Anlaşma Memorandumu imzalanıb.

“Israel Aerospace Industries” (IAI) və “Hellenic Aerospace Industries” (HAI) “BlueWhale” sisteminin Yunanıstan HDQ-yə inteqrasiyası üçün strateji Anlaşma Memorandumu imzalayıb.

Razılaşmaya əsasən, IAI tərəfindən hazırlanan insansız sualtı platforma “BlueWhale” Yunanıstanın dəniz əməliyyatlarında istifadə ediləcək.

HAI sistemin yerliləşdirilməsi və inkişaf etdirilməsi proseslərində iştirak edəcək. IAI isə texniki məlumatları bölüşəcək və texnologiya transferini dəstəkləyəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Yunanıstan  


Bizi "telegram"da izləyin