Fransa HDQ-nin BQ rəisi gəmi istehsalının bir neçə böyük oyunçu ətrafında konsolidasiya edilməli olduğunu bildirib

2025/05/1748499236.jpg
Oxunub: 422     15:33     29 May 2025    
Fransa Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi admiral Nikolas Vojur müdafiə gəmilərinin istehsalında Avropanın çox sayda gəmiqayırma zavodunun səmərəliliyi aşağı saldığını və sektorun bir neçə böyük oyunçu ətrafında konsolidasiya edilməli olduğunu deyib.

Ordu.az xəbər verir ki, bu bəyanat ötən həftə Fransa Milli Assambleyasının Müdafiə Komissiyasında verilib.

2020-ci ildə Fransanın “Naval Group” və İtaliyanın “Fincantieri” şirkətləri arasında qurulan “Naviris” müştərək müəssisəsi Avropada dənizçilik sənayesini birləşdirmək yolunda ilk addım hesab edilib. Bununla belə, Vojur bu layihənin gözləntilərə cavab vermədiyini və hədəflənən miqyasda təsir yarada bilməyəcəyini bildirib.

Avropada 14-ə yaxın gəmiqayırma zavodunun müdafiə layihələri üçün bir-biri ilə rəqabət apardığını qeyd edən Vojur ideal ssenaridə bu şirkətlərin bütün dünyada ixrac uğuru əldə edə bilməsi üçün bu rəqəmin üç və ya dörd əsas oyunçuya endirilməsi lazım olduğunu iddia edib.

Admiral qeyd edib ki, Avropada ümumi dəniz strategiyasının olmaması ciddi problem yaradır. Hər bir ölkə öz milli maraqlarını və regional sənaye fəaliyyətini prioritet hesab etdiyi üçün siyasi səviyyədə birləşdirici addımlar atmaq çox çətindir.

Vojur Fransada “Naval Group”a üstünlük verilərkən, eyni yanaşmanın İtaliyada “Fincantieri” lehinə keçərli olduğunu deyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   HDQ  


Bizi "telegram"da izləyin