İsrail Müdafiə Nazirliyinin büdcəsini aşması hökumət daxilində müzakirələrə səbəb olub

2025/05/1748497922.jpg
Oxunub: 383     11:51     29 May 2025    
İsrailin Qəzza zolağında apardığı müharibəyə görə Müdafiə Nazirliyinin büdcəsini 15 milyard şekel (təxminən 4,1 milyard dollar) aşması hökumət daxilində ciddi maliyyə fikir ayrılıqlarına səbəb olub.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

İsrailin ictimai yayım orqanı olan KAN-ın məlumatına görə, Müdafiə Nazirliyi təhlükəsizlik kabinetinin iclasında hökumətə məlumat verib ki, Qəzza zolağında müharibə genişləndiyi üçün nəzərdə tutulan illik büdcə əhəmiyyətli dərəcədə aşılıb.

Bu kontekstdə Maliyyə Nazirliyi xəbərdarlıq edib ki, müharibə indiki intensivliyi ilə davam edərsə, ilin sonuna qədər büdcə kəsiri 25 milyard şekelə (təxminən 7 milyard dollar) yüksələ bilər.

Məlumata görə, görüş zamanı maliyyə naziri Bezalel Smotriçlə Müdafiə Nazirliyinin adı açıqlanmayan baş direktoru arasında xərclərin idarə olunması ilə bağlı qızğın mübahisə baş verib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   MN   Qəzza  


Bizi "telegram"da izləyin