Ordu.az xəbər verir ki, “tkMS” bu əməkdaşlığın əsas məqsədinin birgə innovasiya və inteqrasiya yolu ilə dənizçilik imkanlarını artırmaq olduğunu bildirib.
Şirkət Avstraliya Kral Hərbi Dəniz Qüvvələrinin (HDQ) SEA-3000 proqramı çərçivəsində ANZAC sinfinə məxsus gəmiləri əvəz edəcək yeni nəsil freqatlar üçün təklif olunan variantlardan biri kimi MEKO A-200 platformasını irəli sürür.
“tkMS” bu əməkdaşlığın “thyssenkrupp Marine Systems” və “Saab Australia” arasında uzunmüddətli strateji tərəfdaşlığın davamı olduğunu və hər iki tərəfin dəniz müdafiəsi sahəsində müstəqil sənaye imkanlarını inkişaf etdirmək öhdəliyini təsdiqlədiyini vurğulayıb.
Əməkdaşlıq çərçivəsində hazırda Avstraliya HDQ tərəfindən istifadə edilən “Australian Combat Management System” (AusCMS) inteqrasiya olunacaq.
Sevinc Əliyeva
Ordu.az