Ordu.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Devid Makqinti CBC telekanalına açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, Ottavada Kanada və xarici müdafiə sənayesi nümayəndələri ilə keçirilən görüşdə o, silah istehsalçılarını federal büdcədən “Kanadanın müdafiə qabiliyyətinin yenidən qurulması” üçün iri maliyyə vəsaitlərinin tezliklə ayrılmasına hazır olmağa çağırıb.
Makqinti konkret rəqəmləri açıqlamasa da, bu artımın ölkənin payızda təqdim olunacaq yeni büdcəsində əksini tapacağı gözlənilir.
Ordu.az