Ordu.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.
Nəşr vurğulayıb ki, bu razılaşma “on israilli girovun azad edilməsini və vəfat edənlərin meyitlərinin İsrail həbsxanalarında saxlanılan fələstinlilərin azad edilməsi müqabilində təhvil verilməsini” nəzərdə tutur.
Qeyd olunub ki, şərtlərin yerinə yetirilməsinin zəmanətçiləri vasitəçilərdir (Misir, Qətər və ABŞ). Mübadilənin təfərrüatları hələlik açıqlanmır.
Hazırda HƏMAS İsrail tərəfinin cavabını gözləyir.
Daha əvvəl İsrailin Baş naziri Binyamin Netanyahu ordunun Qəzza zolağında HƏMAS lideri Məhəmməd Sinvarı məhv etdiyini təsdiqləmişdi.
Ordu.az