Böyük Britaniya Arktikada daimi hərbi kontingent yerləşdirməyi planlaşdırır

2025/05/1748450707.jpg
Oxunub: 621     20:21     28 May 2025    
Böyük Britaniya Arktikada daimi qoşun yerləşdirməyi nəzərdən keçirir.

Ordu.az-ın “Daily Telegraph” qəzetinə istinadən verdiyi məlumata görə, bu təklif iyun ayında dərc olunması gözlənilən və hökumətin tapşırığı ilə hazırlanmış təhlükəsizlik, müdafiə və xarici siyasətə dair hərtərəfli icmalda öz əksini tapa bilər.

Qəzet qeyd edir ki, Kral Silahlı Qüvvələri Arktikada, Estoniyada çoxmillətli NATO batalyonu çərçivəsində yerləşdirilmiş təxminən 1000 nəfərlik britaniyalı hərbçi kontingentinə bənzər şəkildə təmsil oluna bilər. Potensial olaraq bu kontingentin Norveç ərazisində yerləşdirilməsi planlaşdırılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Arktika  


Bizi "telegram"da izləyin